Masallıda dəhşətli qəza: Sürücü möcüzə nəticəsində sağ qaldı – VİDEO
Hadisə
Fevralın 16-da Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Masallı şəhəri ilə Ələt-Astara magistralını birləşdirən yolda “Qazel” markalı yük maşını ilə “VAZ 21011” markalı minik avtomobili toqquşub.
Nəticədə avtomobillər tamamilə yararsız hala düşüb.
“VAZ 21011”in sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Yaşar Araz