Masallıda 17 yaşlı gəlinin uşağı ölü doğuldu - Araşdırma başlandı

Masallıda 17 yaşlı gəlinin uşağı ölü doğuldu - Araşdırma başlandı Hadisə

Masallı rayon Mərkəzi Xəstəxanasında uşağın ölü doğulması ilə bağlı araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması məlumat daxil olub.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.