Maşın vuran kişi 65 gün sonra öldü

Maşın vuran kişi 65 gün sonra öldü Hadisə

Bakı avtomobilin vurduğu piyada 65 gün sonra ölüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu il aprelin 26-da Nərimanov rayonunda qeydə alınıb.

Hüseynov Cahangir Nizami oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən 70 yaşlı Qubadov Xanlar Hüsnü oğlunu vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, lakin görülən tədbirlərə baxmayaraq, iyunun 29-da orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.