Mədə balonu taxdırdı: - Əməliyyatdan bir il sonra öldü
Hadisə
Türkiyədə artıq çəkidən əziyyət çəkən Sabiha Eldenüstün adlı qadın əməliyyatdan 1 il sonra ölüb və bu hadisə məhkəməyə çıxarılıb.
News24.az xəbər verir ki, 14 dekabr 2023-cü ildə özəl xəstəxanalardan birində mədə balonu taxılan Sabiha Eldenüstün əməliyyatdan sonra müxtəlif sağlamlıq problemləri yaşayıb.
Bir müddət sonra Eldenüstün mədəsinin deşildiyini öyrənib.
78 kilo olarkən arıqlamaq istəyən Eldenüstün bu hadisədən sonra bir sıra əməliyyatlar keçirib.
Reanimasiya şöbəsində sürətlə arıqlayan və yalnız maye ilə qidalanan Eldenüstün son əməliyyatından bir il sonra, 27 dekabr 2024-cü ildə dünyasını dəyişib.
Ölümündən əvvəl mədə balonu taxdırıldığı özəl xəstəxana və həkimdən şikayət edən Eldenüstünün mədə balonu əməliyyatında istifadə edilən materialın saxta olması iddiası ilə qəsdən adam öldürməyə cəhd ittihamı ilə açdığı iddia davam edir.
Günel Məlikzadə