Məktəb çökdü: - Ölənlər var - FOTO

Məktəb çökdü: - Ölənlər var - FOTO Hadisə

Nigeriyanın Plato əyalətində məktəb çöküb.

News24.az xəbər verir ki, məktəbin direktoru Daoramola Ekundayo jurnalistlərə bildirib:

“İki mərtəbəli məktəb binası tələbələr imtahan verərkən çöküb”.

Qeyd edək ki, məktəbin dağıntıları altında aparılan axtarış-xilasetmə işlərindən sonra həyatını itirənlərin sayının 21-ə yüksəldiyi, 69 yaralının isə müxtəlif xəstəxanalara aparıldığını bildirib.

Məktəbdə axtarış-xilasetmə işləri davam edərkən, can itkisinin daha da artacağından ehtiyat edilir.

Onu da bildirək ki, məktəbin uçmasının səbəbi hələlik məlum deyil.

Günel Məlikzadə


Məktəb çökdü: - Ölənlər var - FOTO