Məktəbdə bıçaqlanma: Yaralananlar var - Bu ölkədə
Hadisə
ABŞ-nin Takoma şəhərində yerləşən Henri Foss məktəbində bıçaqlı hücum nəticəsində beş nəfər yaralanıb.
News24.az xəbər verir ki, yaralananlardan dördü şagird, biri isə mühafizəçidir.
Yerli polisin verdiyi məlumata görə, hadisəni eyni məktəbdə təhsil alan şagird törədib. Şübhəli şəxs məktəb ərazisində saxlanılaraq tibb işçilərinə təhvil verilib.
Zərərçəkənlərdən dördünün vəziyyəti ağır, bir nəfərin isə yüngül olaraq qiymətləndirilir.
Məktəb müvəqqəti olaraq bağlanıb, şagirdlər təxliyə edilərək valideynlərinə təhvil verilib.
Rayon rəhbərliyi mayın 1-də dərslərin və dərsdənkənar tədbirlərin ləğv olunduğunu elan edib. /CBS News