Məşhur aktyor 45 yaşında vəfat etdi - Foto

Məşhur aktyor 45 yaşında vəfat etdi - Foto Hadisə

Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan 45 yaşında vəfat edib.

News24.az xəbər verir ki, gecə saatlarında yaşadığı evdə səhhətində problem yaranan aktyor üçün həyat yoldaşı təcili yardım çağırıb.

İlkin müdaxilədən sonra aktyor xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinı baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Arslanın xəstəliyi ilə bağlı xəstəxana tərəfindən hələlik heç bir açıqlama verilməyib

Qeyd edək ki, Kanbolat Görkem Arslan "Çemberimde Gül Oya", "Poyraz Karayel," "Bir Deli Rüzgar" kimi layihələrdə yer alıb.