Məşhur müğənni təyyarə qəzasında öldü
Hadisə
Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenes də daxil olmaqla altı nəfər həyatını itirib.
News24.az xəbər verir ki, hadisə 10 yanvar saat 16:00 radələrində “Xuan Xose Rondon” aerodromu yaxınlığında qeydə alınıb.
N325FA qeydiyyatlı təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza zamanı pilot Fernando Torres Rohas da həlak olub.
Faktla bağlı araşdırma aparılır.