Mikroavtobusla minik avtomobili toqquşdu - Yaralılar var - Yeniləndi
Hadisə
Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub.
Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.
Onlar əkin sahəsində çalışan fəhlələr olub.
Araşdırma aparılır. (qafqazinfo/az)
Mayın 5-də saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə qeyd edilib.