Milli komandanın sabiq məşqçisi həbs edildi

Milli komandanın sabiq məşqçisi həbs edildi Hadisə

Çində futbol üzrə milli komandanın keçmiş məşqçisi Li Ti rüşvətxorluq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, Hubey əyalətində keçirilən məhkəmə prosesində Linin 2019-2021-ci illərdə milli komandada çalışdığı zaman müəyyən klublardan oyunçuları seçib oynatmaq müqabilində 50 milyon yuan (təxminən 6,8 milyon dollar) rüşvət aldığını bildirib.

Onun həmçinin Milli komandanın baş məşqçisi olmaq üçün 3 milyon yuan (təxminən 410 min dollar) rüşvət verdiyi bildirilib. 

Keçmiş futbolçu olan Li Çində başlayan futbolçu karyerasını İngiltərənin “Everton” və “Şeffild Yunayted” klublarında davam etdirib.