Milli Onkologiya Mərkəzində PARTLAYIŞ - FOTO - YENİLƏNDİ
Hadisə
Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
News24.az xəbər verir ki, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim isə xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.(bizimmedia)
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.
News24.az xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır. // Oxu.az