Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərləndi
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, hadisə şəhərin Kürün sağ sahili adlanan hissəsindəki fərdi evlərdən birində baş verib.
44 yaşlı şəhər sakini Arzu Aslanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf)