Mingəçevirdə 60 yaşlı kişinin başını kərpiclə yardılar
Hadisə
Mingəçevirdə mübahisə zamanı kərpiclə 60 yaşlı kişinin başını yarıblar.
News24.az xəbər verir ki, hadisə Energetiklər küçəsində baş verib. Belə ki, mübahisə zamanı 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun baş nayihəsinə kərpiclə xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.//unikal.az