Mingəçevirdə zəncirvari qəza oldu

Mingəçevirdə zəncirvari qəza oldu Hadisə

Mingəçevirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. 

News24.az-ın məlumatına görə, hadisə az öncə Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində  avtomobillər ciddi zərər görüb, əsas prospektdə  nəqliyyatın normal  hərəkətində qısamüddətli sıxıntı yaşanıb.

Faktla bağlı araşdırma aparılır.(Unikal)