Şəmkirdə avtomobildən kişi meyiti TAPILDI
Hadisə
Şəmkirdə avtomobildən kişi meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin ərazisində baş verib.
“Toyota Prado” markalı avtomobildə nəqliyyat vasitəsinin sahibi, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədov ölü halda aşkarlanıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.(bizimmedia)