Şəmkirdə dava: ana və oğlunu döydü, avtomobilini isə əzdi

Şəmkirdə dava: ana və oğlunu döydü, avtomobilini isə əzdi Hadisə

Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994 cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970 ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni onun həmkəndlisi Niyaməddin adlı şəxs törədib. Səbəb kimi tərəflər arasında olan pul borcu olub. Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşını əzib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təbirlər görülür. (Teleqraf)