Şəmkirdə piyadanı avtomobil vurdu
Hadisə
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)