Şəmkirdə piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanı maşın vurub öldürdü Hadisə

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.

Belə ki, Dəllər qəsəbə sakini Fərrux Şirinovu “VAZ 2106” markalı avtomobil vurub. Adıçəkilən şəxs xəstəxanaya çatdırılsa da, yolda keçinib.

Faktla bağlı araşdırma başlanılıb.(qafqazinfo)