Mopedlə minik avtomobili toqquşdu, 17 yaşlı gənc xəsarət aldı

Mopedlə minik avtomobili toqquşdu, 17 yaşlı gənc xəsarət aldı Hadisə

Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "Hyundai" markalı avtomobil ilə moped toqquşub.

Hadisə nəticəsində mopedin sürücüsü, 17 yaşlı Sübhan Nəsirzadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)