Moskva ətrafında təyyarə qəzaya uğradı, bir nəfər yaralandı – Yeniləndi
Hadisə
Rusiyada Serpuxov şəhəri yaxınlığındakı Novinki aerodromundan 3 kilometr aralıda qəzaya uğrayan təyyarənin göyərtəsində iki nəfər olub.
News24.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarə hündürlük əldə edən zaman qəzaya uğrayıb.
Hadisə nəticəsində bir nəfərin yaralandığı, göyərtədəki ikinci şəxsin isə xəsarət almadığı qeyd edilib.
**
Yüngül mühərrikli təyyarə Moskva ətrafındakı Novinki aerodromunda qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə "REN TV"nin mənbələri bildirib.
Hazırda təfərrüatlar dəqiqləşdirilir.