Nabranda PARTLAYIŞ: - yaralılar var

Nabranda PARTLAYIŞ: - yaralılar var Hadisə

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda fakt araşdırılır./APA