Nail Əbilov qətlə yetirildi - Saxlanılan var

Nail Əbilov qətlə yetirildi - Saxlanılan var Hadisə

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.

Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)