Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO

Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO Hadisə

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb. 

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO