Azərbaycanda ailə faciəsi - ÖLƏN VAR/YENİLƏNDİ

Azərbaycanda ailə faciəsi - ÖLƏN VAR/YENİLƏNDİ Hadisə

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

News24.az xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib. (APA)

**

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.

News24.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.

Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(apa)