Naxçıvanda arı sancması faciəyə səbəb oldu
Hadisə
Naxçıvanın Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində vəfat edib.
News24.az xəbər verir ki, noyabrın 9-u saat 14 radələrində Kükü kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının yaşadığı evdə arı sancıb.
Aftandil Həsənov xəstəxanaya aparılarkən yolda vəfat edib.