Naxçıvanda ana oğlunu həbs etdirmək istədi – Məhkəmə sərbəst buraxdı

Naxçıvanda ana oğlunu həbs etdirmək istədi – Məhkəmə sərbəst buraxdı Hadisə

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Babəki kəndində ailə mübahisəsi məhkəmə ilə yekunlaşıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 76 yaşlı N. Məmmədova oğlunun ona qarşı zorakılıq etdiyini iddia edərək polisə müraciət edib. Qadın bildirib ki, 1974-cü il təvəllüdlü oğlu R. Məmmədov onun adına olan torpaq sahəsini zorla satdırmaq istəyib. Yanvarın 5-də müxtəlif şəxslərin evinə aparılaraq torpağın onların adına keçirilməsinin təşkili də iddialar arasındadır. N. Məmmədova həmçinin övladının onu döydüyünü əlavə edib.

Məsələ ilə bağlı Şərur rayon polis şöbəsi araşdırma aparıb və materialları məhkəməyə göndərib. Məhkəmədə R. Məmmədov anasının iddialarını təkzib edərək, torpaq satışının övladının xəstə olması ilə əlaqədar təşəbbüsdən irəli gəldiyini bildirib.

Şərur rayon məhkəməsi hadisədə inzibati xəta tərkibi olmadığını müəyyən edərək icraata xitam verilməsinə qərar verib.

Yaşar Araz