Neftçalada 85 yaşlı piyadanı maşın vuraraq öldürdü
Hadisə
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Neftçala rayonun Kürqarabucaq kəndində baş verib.
Belə ki, Surra kənd sakini 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlu idarə etdiyi 47-BD-472 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə yolu keçmək istəyən Kürqarabucaq kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuruaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır. (APA)