Nicat Abasov fransalı şahmatçı ilə üz-üzə

Nicat Abasov fransalı şahmatçı ilə üz-üzə Hadisə

Şahmat üzrə İddiaçılar Turnirində IV turun oyunları keçiriləcək.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Alireza Firuzya ilə qarşılaşacaq.

Təmsilçimiz ağ fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İddiaçılar Turniri

IV tur, 7 aprel

Nicat Abasov – Alireza Firuzya

Hikaru Nakamura - Rameşbabu Praqnanandja

Yan Nepomnyaşi - Vidit Santoş Qujrati

Fabiano Karuana - Dommaradju Qukeş

Xal durumu: 1-3. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE), Fabiano Karuana (ABŞ) – 2, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 1,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 6. Alireza Firuzya (Fransa) – 1, 7-8. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 1.

Qeyd edək ki, IV turdan sonra yarışda bir gün fasilə olacaq. V tur aprelin 9-da keçiriləcək.