“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu

“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu Hadisə

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

News24.az xəbər verir ki, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)