Oğurluq etdiyi evə yenidən getdi - Ancaq bu dəfə...

Oğurluq etdiyi evə yenidən getdi - Ancaq bu dəfə... Hadisə

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

News24.az xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ yeddinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.