Oğuzda BƏDBƏXT HADİSƏ: başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü
Hadisə
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
News24.az "Report"a istinadla xəbər verir, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.