Oğuzda mədəniyyət evi yandı - FOTO
Hadisə
Oğuzda mədəniyyət evində yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.//Qafqazinfo