Oqtay Gülaliyev xəstəxanadan evə buraxıldı
Hadisə
Hüquq müdafiəçisi Oqtay Gülaliyev xəstəxanadan evə buraxılıb.
News24.az xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Əli Gülaliyev "Facebook" hesabında yazıb.
O bildirib ki, atası həyatı təhlükəni arxada qoyub: "Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".