Orta məktəbdə dava oldu - Xəsarət alanlar var
Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub.
Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir”.
***
Gəncədə bir qrup məktəbli arasında dava olub.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Davada müxtəlif dərəcəli bədən xəsarəti alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Xəsarət alanlar Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləridirlər.
Hadisənin məktəbin ərazisindən kənarda baş verdiyi bildirilir.