Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Hadisə
Ötən ay Göyçayda kanalda batan gəncin meyiti tapılıb.
News24.az xəbər verir ki, mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfinfdən az öncə Kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)