Ötən il evləri yanan ailənin yeni mənzilləri də yandı

Ötən il evləri yanan ailənin yeni mənzilləri də yandı Hadisə

Zaqatala rayonunda yaşayış binasında yanğın baş verib.

News24.az "Oxu.az"a istinadla xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində, 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə zədələnib. Həmçinin bina sakini, Xuraman Qocayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.

Qadının sözlərinə görə, 2024-cü ilin yay aylarında da rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Bu binada isə evi təzəlikcə alıblar.

Faktla bağlı araşdırma aparılır.