Papa öldü

Papa öldü Hadisə

Roma Papası Fransisk dünyasını dəyişib.

News24.az xəbər verir ki, Bu barədə Vatikanın kamerlengosu Kardinal Kevin Ferrell bu gün, 21 aprel 2025-ci il tarixində rəsmi açıqlama verib.

Papa Fransisk son aylarda ciddi sağlamlıq problemləri ilə üzləşmişdi. Fevral ayında o, ikiqat sətəlcəm diaqnozu ilə Romadakı Gemelli xəstəxanasında beş həftə müalicə almış və vəziyyəti kritik olmuşdu .

Onun vəfatı Katolik dünyası üçün böyük itkidir. Papa Fransisk 2013-cü ildən bəri Roma Katolik Kilsəsinin başçısı idi və bu müddət ərzində bir çox islahatlara və sosial məsələlərə diqqət yetirmişdi.

Hazırda Vatikan yeni papa seçimi üçün konklav hazırlıqlarına başlayacaq. Bu prosesdə 80 yaşından kiçik olan 137 kardinal iştirak edəcək./Milli.Az