Parkda gördüyü qıza əxlaqsız təklif etdi, saxlanıldı
Hadisə
Moskvada parkda qıza əxlaqsız təklif edən kişi saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsi məlumat verib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci ("Cinsi xarakterli zorakı hərəkətlər") və 327-ci ("Saxta sənədlər hazırlama və ya dövriyyə") maddələri ilə ittiham olunur .
Müstəntiqlərin sözlərinə görə, mayın 18-də axşam Sokolniki Parkında 42 yaşlı kişi tanımadığı qadına saxta polis vəsiqəsi göstərərək parkda narkotik paylayan şəxsləri müəyyənləşdirmək üçün üçün kömək etməyi təklif edib.
Daha sonra o, guya həmin şəxsləri şübhələndirməmək üçün qadından onun sevgilisi kimi davranmasını tələb edib. Cinayət təhdidi altında aldadılan qadın onun təklifinə razılıq verib. Daha sonra isə həmin şəxs qadına qarşı seksual hərəkətlər edib edib.