Partlayışda yaralanan həkim vəfat etdi - VİDEO
Hadisə
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli vəfat edib.
Bu barədə News24.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə partlayış baş verib. İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 38 yaşlı Əliyev Mübariz Sahib oğlunun qanunsuz əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.