Paytaxtın Yasamal rayonunda iki maşın yanıb
Hadisə
Bakı şəhərinin Yasamal rayonunda “Fiat” markalı minik avtomobilinin yanar konstruksiyaları, “Mercedes” markalı minik avtomobilinin arxa hissəsi və işıqlandırma cihazları əriyib.
News24.az apa-ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.