Peşə məktəbindən tələbənin meyiti tapıldı
Hadisə
Gəncədə meyit tapılıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Məmməd Xələfov küçəsində yerləşən 2 saylı Peşə Litseyində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti Peşə Litseyinin həyatındən aşkarlanıb.
18 yaşlı gənc Peşə məktəbinin tələbəsi olub. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Gəncin meyiti müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.
Məlumata görə, 18 yaşlı gənc ürək tutmasından ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. (Unikal)