"Pislər də cəmiyyətdən təcrid olunmalıdır" - Samirə Bağırova

"Pislər də cəmiyyətdən təcrid olunmalıdır" - Samirə Bağırova Hadisə

Xəbər verdiyimiz kimi, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə digər məktəbli tərəfindən bıçaqlandı. Təbii ki, bu hadisə cəmiyyətdə ciddi narazılıq doğurdu. Bəs, bu cür hadisələrin baş verməsində sevgizilik dayanır?

Suallımızı cavablandıran psixoloq Samirə Bağırova News24.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu gün sevgi sözü o qədər iyrənc, o qədər qıcıqlandırıcı vəziyyətə gəlib ki, hətta sualın özündə gülünc görünür: 

"Faciəvi qətl və sevgisizlik. Bu sual hadisəni, ölümü sizcə çox adiləşdirmir? Yəni bu bir dəhşətdir, amma sevgisizlik sözü hadisəni edir heç nə. Bu sindrom filan deyil. Bəzi insanlar, bəzi hadisələr, bəzi davranışların adı var. Pis. Don geyindirməyə çalışmayaq psixologiyaya bağlayaraq. Bəli pis insan, pis şagird, pis qadın, pis kişi, pis uşaq, pis hərəkət deyə bir söz var. Pislər də cəmiyyətdən təcrid olunmalı və ağır cəza ilə cəzalandırılmalıdır. Pis kimi, tərbiyəsiz, mənəviyyatsız, əxlaqsız sözlər var ki, insanın ruhu budur, dəyişmir. Bunlara psixoloji ad yapışdırmaq, don geyindirməklə adiləşdirməyə yaxud vəziyyəti yüngülləşdirmək kimi göstərir cəmiyyətə. Necə ki, tərbiyəsizlik “azad insan”, şərəfsizlik “ narsist” , xəyanətlər “ müasirlik”, eləcə də ölümə “ sevgisizlik” donu geyindirilir".