Polis avtomat və tüfənglər aşkarladı
Hadisə
Həftəsonu polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə News24.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb.