Polis dələduzluğa görə 10 nəfəri saxladı

Polis dələduzluğa görə 10 nəfəri saxladı Hadisə

Dələduzluğa görə axtarışda olan 10 nəfər dekabrın 5-də əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bununla yanaşı, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.