Polis dünən 10 nəfəri cinayət üstündə yaxaladı

Polis dünən 10 nəfəri cinayət üstündə yaxaladı Hadisə
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də 7 cinayətin üstü açılıb. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 10 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 1 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir