Polis Masallıda əməliyyat keçirdi: Saxlanılanlar var

Polis Masallıda əməliyyat keçirdi: Saxlanılanlar var Hadisə

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.