Qarlı yolda maşın sürüşdü, qayadan aşdı – Anbaan video
Hadisə
Quba rayonunda yağan qar faciə ilə nəticələnib.
News24.az xəbər verir ki, KIA markalı avtomobil sürüşmə səbəbindən idarəetmədən çıxaraq yoldan kənara çıxıb və qayadan aşıb.
Avtomobildə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
Hadisə zamanı videogörüntülərin azyaşlı tərəfindən çəkildiyi bildirilib.
Xoşbəxtlikdən ölüm olmayıb, avtomobildəkilər ağır xəsarətlərlə xəstaxanaya çatdırılıb. (Bakupost.az)