Qaz anbarında partlayış: 8 ölü, 50 yaralı
Hadisə
Yəməndə qaz anbarında partlayış baş verib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Hadisə Əl-Bayda əyalətində qeydə alınıb. Partlayış nəticəsində 8 nəfər ölüb, 50-ə yaxın şəxs yaralanıb. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.