Qazaxda ağır yol-nəqliyyat hadisəsi: Ölən var
Hadisə
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili “Mersedec” markalı ağırtonnajlı yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı minik avtomobillinin sürücüsü 1990-cı il təvəllüdlü Kamran Salmanov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun meyti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı Baş Dövlət yol polisi idaərəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Yaşar Araz