Qazaxda avtomobil qəzası olub, - xəsarət alanlar var

Qazaxda avtomobil qəzası olub, - xəsarət alanlar var Hadisə

Qazax rayonunun Şıxlı kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az report.az-a istinadən xəbər verir ki, yol qəzası nəticəsində 1992-ci il təvəllüdlü K.Əhmədov, 1993-cü il təvəllüdlü E.Alıyev və 1991-ci il təvəllüdlü M.Qarayev xəsarət alıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.